Bank Of Baku

Azərbaycan Rusiyanın Tambov vilayəti ilə əlaqələrini gücləndirir

Azərbaycan Rusiyanın Tambov vilayəti ilə əlaqələrini gücləndirir
# 30 may 2007 16:31 (UTC +04:00)
Yaxın vaxtlarda Azərbaycanın bir qrup mədəniyyət və incəsənət xadimi səfir Polad Bülbüloğlunun başçılığı ilə Tambov vilayətinə gedəcək. Bu barədə APA-ya Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib. Dünən isə Tambovda Ümumrusiya Azərbaycanlıları Konqresinin regional bölməsinin təşəbbüsü ilə vilayət rəhbərliyinin, Daxili İşlər Şöbəsinin, Federal Miqrasiya Xidməti və Federal Təhlükəsizlik Xidmətinin yerli idarələrinin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Toplantıda miqrantların durumu, Tambovun ictimai həyatında Azərbaycan diasporasının rolunun gücləndirilməsi və digər məsələlər müzakirə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR