Bank Of Baku

Türkiyənin Bursa şəhərində Azərbaycan-Türkiyə Dostluq Parkının açılış mərasimi keçirilib

Türkiyənin Bursa şəhərində Azərbaycan-Türkiyə Dostluq Parkının açılış mərasimi keçirilib
# 30 may 2007 17:07 (UTC +04:00)
Türkiyənin Bursa şəhərində Azərbaycan-Türkiyə Dostluq Parkının açılış mərasimi keçirilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, parkın açılış mərasiminə Bursa valisi Nihat Canpolad, polis rəisi Tahsin Demir, Azərbaycandan isə Prezident Aparatı ictimai-siyasi şöbəsinin sədri Əli Həsənov, millət vəkili Fəttah Heydərov, Bakının Nizami rayonu bələdiyyəsinin sədri Arif Kasımov və digərləri iştirak ediblər. Bursanın Nilüfer bələdiyyəsinin başqanı Mustafa Bozbey bu parkın Türkiyə ilə Azərbaycanın yüzillərlə davam edən qardaşlıq və dostluğunun simvolu olduğunu bildirib. Bakının Nizami rayon bələdiyyəsinin sədri Arif Kasımov isə 1995-ci ildən iki şəhər bələdiyyəsinin qardaşlaşdığını, bu parkın da həmin qardaşlığın nümunəsi olduğunu qeyd edib.
Bursa Valisi Nihat Canpolad və Prezident Aparatı ictimai-siyasi şöbəsinin sədri Əli Həsənov da çıxışlarında bu dostluğun əsrlər əvvəldən gəldiyini, tarix boyunca bu qardaşlığı qırmağa çalışanların olduğunu, amma bacarmadıqlarını vurğulayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR