Bank Of Baku

Azərbaycanın xarici işlər naziri ABŞ vitse-prezidentinin köməkçisinin milli təhlükəsizlik məsələləri üzrə müavinini qəbul edib

Azərbaycanın xarici işlər naziri ABŞ vitse-prezidentinin köməkçisinin milli təhlükəsizlik məsələləri üzrə müavinini qəbul edib
# 30 may 2007 17:26 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün ABŞ vitse-prezidentinin köməkçisinin milli təhlükəsizlik məsələləri üzrə müavini Cosef Vudu qəbul edib. Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, ölkəmizin təhlükəsizlik konsepsiyasına toxunan E. Məmmədyarov xarici siyasətimizdə və milli təhlükəsizliyin təminatında ən vacib məsələnin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu qonağın diqqətinə çatdırıb, münaqişənin tənzimlənməsinin bütün bölgənin inkişafı üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Nazir, həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərinin bu yaxınlarda bölgəyə səfərini xatırladaraq, münaqişənin həlli prinsiplərinin razılaşdırılması istiqamətində danışıqların davam etdirildiyini bildirib.
Öz növbəsində, qonaq Azərbaycanın ABŞ üçün çox mühüm tərəfdaş olduğunu vurğulayaraq, ölkəmizin Avro-Atlantik təhlükəsizlik məkanına inteqrasiyasının gələcək perspektivləri, regionda baş verən siyasi proseslər və enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə maraqlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR