Bank Of Baku

Sergey Kuznetsov: “Danışıqlarda ümumən irəliləyiş əldə olunub və ümid edirik ki, qalan məsələlərin müzakirəsini payıza qədər başa çatdıracağıq”

Sergey Kuznetsov: “Danışıqlarda ümumən irəliləyiş əldə olunub və ümid edirik ki, qalan məsələlərin müzakirəsini payıza qədər başa çatdıracağıq”
# 31 may 2007 07:53 (UTC +04:00)
APA-nın Strasburqa ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Azərbaycanı danışıqlarda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev, Prezidentin İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev, Venesiya Komissiyasını isə Sergey Kuznetsov və Pyer Qarron təmsil ediblər. VK seçki və referendumlar şöbəsinin əməkdaşı S. Kuznetsov APA-ya açıqlamasında bildirib ki, görüş VK ekspertlərinin aprelin 12-də Bakıda əldə etdikləri razılaşmalara uyğun keçirilib: “Bu gün biz dəyişikliklər edilmiş layihəni müzakirə etdik. Sənədə bəzi əlavələr də olacaq. Ümumən bəzi məsələlər üzrə irəliləyiş əldə olunub və ümid edirik ki, qalan məsələlərin müzakirəsini payıza qədər başa çatdıracağıq”. S. Kuznetsovun sözlərinə görə, dialoq işçi qaydada davam edir: “Hansısa məsələlərlə bağlı razılığa gələ bilmədiyimizi söyləyə bilmərəm. Biz əvvəl də mövcud olan problemləri müzakirə edirik və həll yolu tapmağa çalışırıq. Hazırda nəsə demək çətindir, çünki müzakirə etdiyimiz məsələlər kağıza köçürülməlidir”. S. Kuznetsov “Azadlıq” blokunun təkliflərinin müzakirə predmeti olmadığını deyib: “Biz həmin təklifləri almışıq. Ancaq ekspertlərimiz təkliflərlə tanış olmalıdır. Yəqin ki, təkliflər diqqətə alınacaq, amma mən ekspertlərin əvəzindən bir şey deyə bilmərəm”. Danışıqların növbəti mərhələsinin nə vaxt keçiriləcəyinə gəldikdə, S. Kuznetsov bunu hələlik bəlli olmadığını söyləyib: “Biz hakimiyyət nümayəndələri, o cümlədən MSK ilə yenidən əlaqə saxlamalıyıq. Ola bilər ki, daha konkret mövzulara həsr olunan hansısa görüşlər təşkil olunsun və bu diskussiyalara daha çox iştirakçı cəlb edilsin”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR