Bakıda “Korrupsiyaya qarşı mübarizə və keçid dövrü ölkələrində islahatlar” mövzusunda konfrans keçirilir
Daha sonra bir sıra beynəlxalq təşkilatların nümayəndələri, həmçinin, Azərbaycanın dövlət və hökumət rəsmiləri, diplomatik korpus təmsilçilərinin iştirakı ilə konfrans başlanıb. Konfransda çıxış edən Prezidentin İcra Aparatının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rəhbəri Ramiz Mehdiyev prezident İlham Əliyevin tədbir iştirakçılarına məktubunu oxuyub. Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışan R. Mehdiyev korrupsiyanın bütün dünya ictimaiyyətini narahat edən problem olduğunu, korrupsiya ilə mübarizə sahəsində Azərbaycanda möhkəm qanunvericilik bazasının yaradıldığını, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində Milli Strategiya (2007-2010)" hazırlandığını diqqətə çatdırıb. O, Ermənistanın işğalçılıq siyasəti barədə konfrans iştirakçılarına məlumat verib.
“Transparency İnternational”ın sədri, xanım Hugette Labelle çıxışında korrupsiyanın milyonlarla insanın həyatına təsir göstərdiyini qeyd edib: “Biz hər il hesabatlar hazırlayır, orada korrupsiyanın daha çox hansı sahələrdə mövcud olduğunu göstəririk. Bu problem daha çox keçid dövrünü yaşayan ölkələrdə qeydə alınır”. H. Labelle təşkilatın Azərbaycandakı nümayəndələrinin hökumətə qeyd edilən problemlə mübarizədə köməklik göstərməyə hazır olduğunu da vurğulayıb.
Baş prokuror Zakir Qaralov da çıxışında Azərbaycan hakimiyyətinin, hüquq-mühafizə orqanlarının bu günə qədər korrupsiya ilə bağlı gördüyü tədbirləri haqda danışıb. Z. Qaralov buna misal olaraq sabiq səhiyyə naziri Əli İnsanovun rəhbərliyi altında səhiyyə sahəsində həyata keçirilən korrupsiya hallarının aşkarlanaraq aradan qaldırıldığını, cinayətkarların cəzalandırıldığını bildirib. O, hazırda sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və təqsirləndirilən digər şəxslərin məhkəmə prosesinin başlandığını qeyd edərək, onların da korrupsiya əməllərinə görə ittiham edildiklərini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Baş prokuror bildirib ki, Ədliyyə Nazirliyi Pentensiar Xidmətində aşkar edilən korrupsiya əməlləri ilə bağlı da konkret tədbirlər görülüb. Z. Qaralov ölkədəki qeyri-hökumət təşkilatları, o cümlədən, “Transparency İnternational” təşkilatı ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təcrübənin, o cümlədən digər dövlətlərin formalaşmış normativ bazasının öyrənildiyini vurğulayıb. Baş prokuror Azərbaycanın dövlət təsisatları tərəfindən korrupsiyaya qarşı aparılan barışmaz mübarizənin daha da gücləndirilməsinin təmin olunacağını deyib.
Prezident Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov da çıxışında bildirib ki, korrupsiyaya qarşı mübarizə Azərbaycan hakimiyyətinin daim diqqətindədir. O, bu yöndə müvafiq qanunvericilik bazasının yaradıldığını, korrupsiya ilə əldə edilən çirkli pulların yuyulmasında iştirakçı olan şəxslərin cəzalandırılması məqsədilə qanunvericiliyə dəyişikliklər edildiyini bildirib. Azərbaycanın korrupsiya ilə qarşı mübarizə tədbirləri çərçivəsində beynəlxalq təşəbbüslərə qoşulduğunu bildirən PA rəsmisi beynəlxalq qurumlar tərəfindən Azərbaycana edilən tövsiyələrin icra edilməkdə olduğunu da qeyd edib. F. Ələsgərov 2007-2010-cu illər üzrə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində Milli Strategiya” layihəsinin artıq hazır olduğunu söyləyib. Bununla bağlı dinləmələrin keçirildiyini bildirən şöbə müdirinin sözlərinə görə, beynəlxalq və yerli ekspertlərin iştirakı ilə hazırlanan strategiya layihəsi uzunmüddətli istiqamətləri müəyyən edən konsepsiya sənədindən və konkret tədbirlər planından ibarətdir.
Daha sonra tədbir işini ekspertlərin, beynəlxalq mütəxəssislərin çıxışları ilə davam etdirib. /APA/
Daxili siyasət
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Milli Məclisin iclası başlayıb
Xəbər Lenti
ABŞ Hörmüz boğazından tədarükün böhrandan əvvəlki səviyyəyə qayıtdığını açıqlayıb
Fransa İrana qarşı sanksiyaların ləğvini dəstəkləməyəcək
Tramp: İranın nüvə silahı inkişaf etdirməsinin qarşısını almaq qlobal böhrandan daha vacibdir
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
Aralıq dənizində 3,9 bal gücündə zəlzələ olub
DÇ-2026: Argentina Avstriyanı məğlub edib, Messi iki qolla tarixə düşüb
Qətər İranın dondurulmuş aktivlərinin xərclənməsinə nəzarət mexanizminin yaradılmasına kömək edəcək
Vens: ABŞ və İran arasında texniki danışıqlar davam edir
Messi dünya çempionatlarının bombardiri adını ələ keçirib
Türkiyədə təyyarənin enişdən sonra təkəri partlayıb, 186 sərnişin təxliyə edilib
İran və Türkiyə prezidentləri arasında telefon danışığı olub
BMT: İsrailin hücumları nəticəsində Livanın cənubunda 11 min ev dağılıb
Qara dənizdə Türkiyəyə məxsus gəmi hücuma məruz qalıb, yaralılar var
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə iki ölkə arasındakı mövcud vəziyyəti müzakirə edib
Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib, 5 nəfər ölüb - YENİLƏNİB2
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə yola salınacaq
Sahibə Qafarova BƏƏ Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşüb
İranın danışıqlar heyəti Omana səfər edib
“Fars”: AEBA müfəttişlərinin İrana qayıtması ilə bağlı heç bir müzakirə aparılmayıb
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlanıb
Emin Əmrullayev: Azərbaycan təhsilində ən çətin işlə məşğul olanlar müəllimlərdir, onların ehtiyaclarını anlamaq vacibdir - MÜSAHİBƏ
ABŞ dövlət katibi Körfəz ölkələrinə səfər edəcək
Aİ ölkələri Moldovanın bloka inteqrasiyasının dərinləşdirilməsi üzrə razılığa gəlib
Prezident İlham Əliyevin adından Sərdar Berdiməhəmmədovun şərəfinə dövlət ziyafəti verilib - FOTO
Qazaxıstan Prezidenti Brüsselə rəsmi səfərə gedib
QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiq olunub - YENİLƏNİB
Avropa Şurasının Bakı ofisinin rəhbəri Xarici İşlər Nazirliyinə çağırılıb
Göygöldə maşın aşıb, xəsarət alanlar var
Türkmənistanlı nazir DOST Mərkəzi ilə tanış olub
Bakıda 2 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası təsdiqlənib
Emin Əmrullayev dərsliklərdəki problemlərdən danışıb
Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə verilməsi qaydası müəyyənləşib
Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir
Birinci nazir Kir Starmeri şimali irlandiyalılara qarşı ayrı-seçkilikdə ittiham edib
Qətərdə qaz emalı zavodunda partlayışda 13 nəfər ölüb, 66 yaralı var - YENİLƏNİB-1
Azərbaycanla Türkmənistan arasında gömrük sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Gürcüstanda əcnəbilərin vahid reyestri yaradılır
Nazir müəllimlərin maaşlarının artırılmasının mümkünlüyünə münasibət bildirib
Netanyahu İsrailin lazım olduğu müddətcə cənubi Livanda qalacağını bildirib
Doktoranturaya qəbul olmaq istəyənlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
ADSEA: Su təchizatı ilə bağlı tənzimləmə işləri yekunlaşmaq üzrədir
Qətərin Baş naziri: ABŞ və İran arasında müharibəyə son qoymaq vəziyyətinə çatmışıq
Müəllimlərin sertifikasiyasının nəticələri iki həftə ərzində elan ediləcək, maaşlar artacaq
Mərdəkanda dənizdə 4 nəfər batıb, üç nəfərin meyiti tapılıb - YENİLƏNİB-1
Səyahətə çıxmadan evinizi mütləq sığortalayın - FOTO