Bank Of Baku

Maynts bələdiyyə başqanı: “Maynts və Bakı şəhərlərinin qardaşlaşması haqqında rəsmi müqavilə yoxdur”

Maynts bələdiyyə başqanı: “Maynts və Bakı şəhərlərinin qardaşlaşması haqqında rəsmi müqavilə yoxdur”
# 31 may 2007 16:02 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Maynts şəhər bələdiyyəsinin sədri Yens Boytel söyləyib. O, Mayntsda qardaşlaşmış şəhərlərin emblemlərinin vurulduğu lövhədə Bakının embleminin olmadığını deyib və bu emblemin münasibətlər rəsmiləşdikdən sonra asılmasını mümkün sayıb. Almaniyada fəaliyyət göstərən Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Başar Kömür isə jurnalistlərə açıqlamasında bildirib ki, Bakı və Maynts şəhərlərin qardaşlaşmasının 1992-ci ildə rəsmiləşməsi nəzərdə tutulmuşdu: “Bununla bağlı danışıqlar həmin ərəfədə intensivləşmişdi. Amma o zaman Ayaz Mütəllibov hakimiyyətdə idi və Almaniya tərəfi onun qeyri-demokratik addımlarını görüb belə bir sənədi imzalamaqdan imtina etdi. Həmin vaxtdan Bakı və Maynts şəhərlərinin qardaşlaşması məsələsi donduruldu. İndi bu məsələni “buz dolabı”ndan çıxarmışıq. Yəqin ki, şəhərlərimizin qardaşlaşması məsələsi yenidən gündəmə gələcək”. /APA/

















1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR