Bank Of Baku

Ramiz Mehdiyev: “Fərhad Əliyevin ondan 100 milyon dollar rüşvət istənilməsi barədə açıqlaması növbəti siyasi uydurmadır”

Ramiz Mehdiyev: “Fərhad Əliyevin ondan 100 milyon dollar rüşvət istənilməsi barədə açıqlaması növbəti siyasi uydurmadır”
# 31 may 2007 10:34 (UTC +04:00)
“Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin ondan 100 milyon dollar rüşvət istənilməsi barədə açıqlaması ilə bağlı sual mənə yox, hüquq-mühafizə orqanlarına ünvanlanmalıdır”. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev bildirib. R. Mehdiyev bu məsələyə şübhə ilə yanaşdığını da vurğulayıb: “Azərbaycanın hüquq-mühafizə orqanlarının belə hərəkət edəcəyinə inanmıram. Buna əsas da yoxdur. Düşünürəm ki, bu məsələ də növbəti siyasi uydurmadır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR