Bank Of Baku

Ramiz Mehdiyev: “İlham Əliyevin prezidentin səlahiyyətlərini 7 ilə çatdırmaq fikri yoxdur”

Ramiz Mehdiyev: “İlham Əliyevin prezidentin səlahiyyətlərini 7 ilə çatdırmaq fikri yoxdur”
# 31 may 2007 10:59 (UTC +04:00)
Onun sözlərinə görə, Seçki Məcəlləsinə hər hansı dəyişiklik olacaqsa, bu, sırf texniki dəyişiklik olacaq. R. Mehdiyev Venesiya Komissiyasında Seçki Məcəlləsi ilə bağlı danışıqlar aparıldığını söyləyib: “Hazırda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Prezidentin İcra Aparatının şöbə müdiri Şahin Əliyev Strasburqdadır. Onlar qayıdıb gələndən sonra müəyyən açıqlamalar veriləcək”.
R. Mehdiyev Konstitusiyaya dəyişiklik olacağı haqda xəbərləri də təkzib edib. O, prezidentin səlahiyyətlərinin 7 ilə çatdırılması barədə təklifləri “ayrı-ayrı şəxslər tərəfindən verilən təkliflər, xoş arzular” kimi qiymətləndirib: “Cənab prezidentin belə bir fikri yoxdur”.
Prezidentin İcra Aparatının rəhbəri dövlət gerbinin dəyişdirilməsi və dövlət himninin qısaldılması barədə təkliflərə münasibət bildirərkən deyib ki, bu, ayrı-ayrı şəxslərin fikirləridir: “Lakin hakimiyyət səviyyəsində bu haqda hər hansı müzakirə aparılmayıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR