Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Bəzi partiyalar beynəlxalq təşkilatların sözü ilə oturub-durur”

Mirmahmud Mirəlioğlu: “Bəzi partiyalar beynəlxalq təşkilatların sözü ilə oturub-durur”
# 31 may 2007 12:13 (UTC +04:00)
“Müxalifətdə olan bəzi partiyaların müstəqil olmaması bu düşərgədə birlik yaratmaq cəhdlərini heçə endirir”. Bu sözləri APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. O bildirib ki, müxalifət partiyalarının birliyinin yaradılması istiqamətində irəli sürülən təkliflər bəzi partiyalar tərəfindən etinasız qarşılanıb. KXCP lideri adını çəkmək istəmədiyi bəzi partiyaların nədənsə həmişə gözləmə mövqeyi tutduqlarını, beynəlxalq təşkilatların sözü ilə oturub-durduqlarını söyləyib: “Beynəlxalq təşkilatlar seçkinin startını verməyiblər. Daha doğrusu, kimin kiminlə birlikdə olacağını və ya düşmənlik edəcəyini müəyyənləşdirməyiblər. Beynəlxalq qurumlar qərar verdikdən sonra bu partiyalar hərəkətə gələcəklər və birlik yaratmaq haqda təkliflərlə çıxış edəcəklər. Həmin partiyaların davranışlarından da görünür ki, hələlik onlara bu haqda heç bir tapşırıq verilməyib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR