Bank Of Baku

Müxalifət partiyaları Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı müzakirələrin nəticələrini gözləyir

Müxalifət partiyaları Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı müzakirələrin nəticələrini gözləyir
# 31 may 2007 13:03 (UTC +04:00)
“Müxalifət partiyaları Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı müzakirələrin nəticələrini gözləməli, atacağı addımları bundan sonra ümumi müzakirə əsasında müəyyənləşdirməlidir”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər bildirib. Onun sözlərinə görə, növbəti seçkilərə hələ çox vaxt qaldığı üçün tələsməyə ehtiyac yoxdur. S. Əkbərin fikrincə, bu mərhələdə əsas məqsəd müxalifətin birliyinə nail olmaq, ümumi siyasi platforma hazırlamaq, Seçki Məcəlləsi ilə bağlı vahid mövqedən çıxış etmək və beynəlxalq dəstəyi qazanmaq olmalıdır: “Məcəlləyə dəyişiklik olmayana kimi Müsavat MSK-ya nümayəndə göndərməyəcək. Bu müzakirələrdə Müsavatın irəli sürdüyü təkliflərin də nəzərə alınacağına ümid edirik. Amma payıza kimi qanuna dəyişiklik olmasa, müxalifət kütləvi aksiyalara başlaya bilər. Müsavat onsuz da mitiqlər keçirir. Seçki yaxınlaşdıqca bu mitinqlərin intensivləşdirilməsi gözlənilir”.
AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli isə “Azadlıq” blokunun məcəlləylə bağlı təkliflərini Venesiya Komissiyasına göndərdiyini bildirib. AXCP təmsilçisi də bu müzakirələrin nəticəsini gözləməyi vacib sayır: “Təkliflərin qəbul, yoxsa rədd olunacağı ilə bağlı indidən bir söz demək mümkün deyil. Amma istənilən halda məcəlləyə dəyişikliyi tələb edirik. Bununla bağlı konkret qərar olduqdan sonra atacağımız addımları müəyyənləşdirəcəyik. Məcəllə dəyişməsə, biz payızdan kütləvi aksiyalara başlaya bilərik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR