Bank Of Baku

Azərbaycan rəhbərliyi yaxın gələcəkdə Bakı merinin seçki yolu ilə təyinatı məsələsinə baxacaq

Azərbaycan rəhbərliyi yaxın gələcəkdə Bakı merinin seçki yolu ilə təyinatı məsələsinə baxacaq
# 31 may 2007 13:38 (UTC +04:00)
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 14-cü plenar sessiyası çərçivəsində Yerli Hakimiyyətlər Palatasının bugünkü iclasında paytaxt şəhərlərin statusu məsələsi müzakirə olunub. APA-nın Strasburqa ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bu məsələ üzrə məruzəçi, Ermənistanın Konqresdəki nümayəndə heyətinin rəhbəri Emin Yeritsyan məruzəsində Avropa Şurasına üzv ölkələrin paytaxtları arasında yalnız Bakının vahid bələdiyyəyə malik olmadığını deyib. Erməni məruzəçinin fikirlərinə münasibət bildirən Azərbaycanın Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyətinin katibi Qədir Xəlilov eksklüziv olaraq APA-ya Avropa Şurasının quruma üzv dövlətlərin paytaxt şəhərlərinin rəhbərlərinin seçki yolu ilə təyinatının tərəfdarı olduğunu bildirib. Q. Xəlilov bununla bağlı Avropa Şurasının Bakıya öz tövsiyələrini verdiyini, Azərbaycan rəhbərliyinin bu məsələyə yaxın gələcəkdə baxacağını qeyd edib. O, həmçinin, deyib ki, bir çox ölkənin paytaxtında Bakıda olduğu kimi, bələdiyyələr rayonlar üzrə bölüşüb: “Biz Tbilisi variantına üstünlük veririk, orada seçilmiş bələdiyyələr yığışaraq Şura yaradır və onun sədrini seçirlər, həmin sədr də Tbilisinin meri olur”. Q. Xəlilov bunun üçün paytaxt haqqında qanun qəbul olunmasının vacibliyini də qeyd edib.
Müzakirələrin sonunda paytaxt şəhərlərə xüsusi status verilməsi tövsiyə olunub. Sənəddə deyilir ki, paytaxt hakimiyyətinin bu status haqqında sənədin hazırlanmasında iştirakı vacibdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR