Bank Of Baku

Ziyafət Əsgərov Milli Məclisin yaz sessiyasının vaxtının uzadılacağı haqda xəbəri təsdiqləyib

Ziyafət Əsgərov Milli Məclisin yaz sessiyasının vaxtının uzadılacağı haqda xəbəri təsdiqləyib
# 31 may 2007 14:05 (UTC +04:00)
Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Milli Məclisin yaz sessiyasının vaxtının uzadılacağı haqda xəbəri təsdiqləyib. APA-nın məlumatına görə, Z. Əsgərov bildirib ki, sessiyanın müddətinin nə qədər uzadılacağı dəqiq məlum deyil. O, bunun üçün parlamentin xüsusi qərar qəbul etməsinə ehtiyac olmadığını da əlavə edib: “Qanunvericiliyə əsasən, 42 millət vəkilinin müraciəti əsasında parlamentin sessiyasının müddəti artırıla bilər. Artıq 42 deputatın Milli Məclisin yaz sessiyanın müddətinin uzadılması ilə bağlı müraciəti var”. Z. Əsgərov əlavə edib ki, yaxın vaxtlarda Milli Məclisdə səlahiyyət müddəti başa çatmış hakimlərin yenidən təsdiq edilməsi məsələsinə də baxılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR