Bank Of Baku

Abbas Lisaninin işinə baxan Təbriz şəhər Məhkəməsinin qərarı hələ açıqlanmayıb

Abbas Lisaninin işinə baxan Təbriz şəhər Məhkəməsinin qərarı hələ açıqlanmayıb
# 31 may 2007 14:05 (UTC +04:00)
Mayın 16-da Abbas Lisaninin işinə baxan Təbriz şəhər Məhkəməsinin qərarı hələ açıqlanmayıb. Bunu APA-ya İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən biri olan Abbas Lisaninin həyat yoldaşı Ruqəyya Lisani deyib. O bildirib ki, məhkəmənin keçirildiyi vaxtdan 15 gün ötməsinə baxmayaraq, qərar açıqlanmayıb və bu da A. Lisaninin ailəsini narahat edir: “Mayın 16-da keçirilən məhkəmə iclasında Abbasın azadlığa buraxılması haqda vəsatət qaldırılıb. Dövlət ittihamçısı da, hakimlər də onun günahsız olduğunu bilir. Onunla həmin gün mühakimə olunan azərbaycanlılardan bir neçəsi haqqında məhkəmə qərarı bəlli olsa da, Abbas Lisani barədə verilən qərar açıqlanmır”. O, A. Lisaninin həbsxana nəzarətçiləri tərəfindən təzyiqlərə məruz qaldığını da söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR