Bank Of Baku

Azərbaycanda Demokratiya Uğrunda beynəlxalq cəmiyyət qeyri-hökumət təşkilatı kimi təsis olunub

Azərbaycanda Demokratiya Uğrunda beynəlxalq cəmiyyət qeyri-hökumət təşkilatı kimi təsis olunub
# 31 may 2007 14:14 (UTC +04:00)
Azərbaycanda Demokratiya Uğrunda (ADU) beynəlxalq cəmiyyət qeyri-hökumət təşkilatı kimi təsis olunub və bununla bağlı Ədliyyə Nazirliyinə müraciət edilib. Bu barədə APA-ya cəmiyyətin Azərbaycan bürosunun rəhbəri Zəminə Dünyamalıyeva məlumat verib. Onun sözlərinə görə, nazirliyin iradından sonra büronun təsis konfransı yenidən keçirilib və qeydiyyat sənədləri QHT-lər haqqında qanuna uyğun hazırlanıb. ADU-nun beynəlxalq cəmiyyət kimi nə zaman təsis ediləcəyinə gəldikdə, Z. Dünyamalıyeva bu istiqamətdə də iş getdiyini söyləyib: “Artıq Avropanın bir sıra ölkələrində bürolar yaradılıb. Biz onlarla əlaqə yaradacağıq və işlər yekunlaşandan sonra təsis konfransı keçiriləcək”. O, hər bir büronun fəaliyyət göstərdiyi ölkədə qeydiyyatdan keçəcəyini bildirib.
Qeyd edək ki, ADU eks-spiker Rəsul Quliyevin təşəbbüsü ilə yaradılıb və təşkilata onun sədrlik etməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR