Bank Of Baku

Avropa Şurası “Yerli demokratiya həftəsi” layihəsi həyata keçirir

Avropa Şurası “Yerli demokratiya həftəsi” layihəsi həyata keçirir
# 31 may 2007 14:44 (UTC +04:00)
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 50 illiyi münasibətilə “Yerli demokratiya həftəsi” layihəsi həyata keçirilir. APA-nın xəbərinə görə, bu gün Strasburqda Azərbaycan jurnalistləri ilə görüşən layihənin koordinatoru Serj Epuye bildirib ki, “Yerli demokratiya həftəsi”nin keçirilməsində məqsəd yerli özünüidarəetmənin daha da təkmilləşdirilməsidir. Onun sözlərinə görə, layihə çərçivəsində əsas tədbir oktyabrın 15-17-də İspaniyanın Valensiya şəhərində keçiriləcək. Yerli özünüidarəetmə Xartiyası məhz bu şəhərdə imzalanıb. S. Epuye deyib ki, Azərbaycan da layihədə iştirak üçün dəvət olunub. Görüşdə iştirak edən Yerli və Regional Hakimiyyətlər Konqresi katibliyinin əməkdaşı Karolin Martin hesab edir ki, Azərbaycanda bələdiyyələr o qədər də tanınmır və səlahiyyətləri çox deyil.
Qeyd edək ki, oktyabrın 15-16-da Valensiyada Avropa Şurası Nazirlər Komitəsinin iclası da keçiriləcək. Azərbaycanı komitədə xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR