Bank Of Baku

Polşanın daxili işlər naziri Azərbaycana gəlir

Polşanın daxili işlər naziri Azərbaycana gəlir
# 31 may 2007 15:13 (UTC +04:00)
Polşanın daxili işlər naziri Yanuş Kaçmarek iyunun 1-dən 2-dək Azərbaycanda işgüzar səfərdə olacaq. Polşanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər Azərbaycanın daxili işlər naziri Ramil Usubovun dəvəti ilə həyata keçirilir. Qonaq azərbaycanlı həmkarı ilə yanaşı, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə də görüşəcək. Y. Kaçmarekin rəhbərlik etdiyi nümayəndə heyətinə onun müavini Veslav Tarka, Polşa Polisinin Komendantı Konrad Kornatovski, həmin ölkənin Sərhəd Xidmətinin komendant müavini Yasek Bayger və başqaları daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR