Bank Of Baku

Avropa Şurası baş katibinin, ATƏT-in, Avropa Birliyinin, ABŞ, Böyük Britaniya, Almaniya, Norveç səfirliklərinin nümayəndələri Qobustan həbsxanasında olublar

Avropa Şurası baş katibinin, ATƏT-in, Avropa Birliyinin, ABŞ, Böyük Britaniya, Almaniya, Norveç səfirliklərinin nümayəndələri Qobustan həbsxanasında olublar
# 31 may 2007 15:54 (UTC +04:00)
Bu gün Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia, ATƏT-in Bakı ofisinin, Avropa Birliyinin, ABŞ, Böyük Britaniya, Almaniya və Norveç səfirliklərinin təmsilçiləri İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovla birlikdə Qobustan qapalı həbsxanasında monitorinq keçiriblər. Bu barədə APA-ya E. Behbudov məlumat verib. Onun sözlərinə görə, belə bir təşəbbüslə ATƏT-in Bakı ofisi çıxış edib. Onlar həbsxanada saxlanılan 5 ömürlük məhbusla Elçin Əmiraslanov, Əli Quliyev, Səfa Poladov, Arif Kazımov və Bəxtiyar Cəfərovla görüşüblər. E. Behbudov bildirib ki, həbsxanada bu tərkibdə monitorinq keçirilməsinə səbəb orada son zamanlar keçirilən aclıq aksiyaları, ömürlük cəza almış məhbusların tələbləri olub. Komitə sədri deyib ki, görüşdükləri məhbuslar məhkəmələrin qərarlarından şikayət edərək onlara ömürlük cəzalarının 15 illik həbslə əvəzlənməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyə imkan verilmədiyini söyləyiblər. Həbsxanada məhbusların saxlanma şəraitinə, yeməkxanaya da baxış keçirilib. E. Behbudovun sözlərinə görə, monitorinq zamanı ciddi nöqsan aşkar edilməyib. O deyib ki, bu tərkibdə monitorinqlər başqa cəzaçəkmə müəssisələrində də keçirilə bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR