Bank Of Baku

Eldar Səfərov: “Milli Təhlükəsizlik Konsepsiyası Azərbaycan Silahlı Qüvvələrinin inkişafında mühüm rol oynayacaq”

Eldar Səfərov: “Milli Təhlükəsizlik Konsepsiyası Azərbaycan Silahlı Qüvvələrinin inkişafında mühüm rol oynayacaq”
# 31 may 2007 16:01 (UTC +04:00)
“Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası strateji mühiti və təhdidləri qiymətləndirməklə müdafiə planlaşdırılmasını daha təkmil variantlarda müəyyənləşdirməyə imkan yaradacaq”. Bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Səfərov deyib. Konsepsiyanın Azərbaycan Silahlı Qüvvələrinin inkişafında mühüm rol oynayacağını deyən E. Səfərov bu sənədə uyğun olaraq dövlətin təhlükəsizliyini təmin edən bir sıra sənədlərin, o cümlədən hərbi doktrinanın hazırlanacağını vurğulayıb. O, NATO-nun köməyi ilə Silahlı Qüvvələrdə və Müdafiə Nazirliyində islahatlar aparıldığını da bildirib: “Fərdi Tərəfdaşlığın Əməliyyat Planına uyğun olaraq şəffaf planlaşdırma və büdcə sistemi yaradılır, maddi-texniki təminatın təkmilləşdirilməsi işləri aparılır. NATO-ya transformasiya Silahlı Qüvvələrin qarşısında duran ən vacib məsələlərdəndir”. E. Səfərovun sözlərinə görə, Müdafiə Nazirliyində keçirilən islahatlarda, strateji planlaşdırmaların hazırlanması və s. sahələrdə NATO-nun məsləhətləri və dəstəyi öz nəticəsini verir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR