Bank Of Baku

Strasburq rəhbərliyi AŞ Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyası və Roma müqaviləsinin 50 illiyi münasibətilə ziyafət verib

Strasburq rəhbərliyi AŞ Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyası və Roma müqaviləsinin 50 illiyi münasibətilə ziyafət verib
# 01 iyun 2007 11:02 (UTC +04:00)
Strasburq şəhərinin rəhbərliyi Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 14-cü plenar sessiyası və Avropa Birliyinin əsasını qoyan Roma müqaviləsinin 50 illiyi münasibətilə ziyafət verib. APA-nın Strasburqa ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Azərbaycan jurnalistlərinin də dəvət olunduğu ziyafət “Oranjeri” parkında yerləşən və dövlət qəbulları üçün nəzərdə tutulan “Jozefina” pavilyonunda keçirilib. Tədbirdə çıxış edən Strasburqun meri, Fransa Senatının üzvü xanım Fabiyen Keller Avropada yerli özünüidarəetmə strukturlarının birgə fəaliyyətinin çox böyük əhəmiyyətə malik olduğunu deyib. Strasburq şəhər Aşağı Reyn Departamenti Ali Şurasının vitse-prezidenti Filip Reşer isə bildirib ki, iyunun 10-da Strasburq-Paris sürətli qatarı ilk reysini həyata keçirəcək. Onun sözlərinə görə, hazırda 5 saata qət olunan yol 1 saat 50 dəqiqə - 2 saata gediləcək: “Meriya istəyir ki, Strasburq sözdə yox, əməldə Avropanın və beynəlxalq təşkilatların paytaxtına çevrilsin”. F. Reşer Strasburq aeroportundan və dəmiryolu vağzalından şəhərdə yerləşən Avropa institutlarına (Avropa Şurası, Avropa Məhkəməsi, Avropa Parlamenti və s.) tunel çəkilməsi ideyasının olduğunu da açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR