Bank Of Baku

Polşa GUAM ərazisində münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında həllini dəstəklədiyini bəyan edib

Polşa GUAM ərazisində münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında həllini dəstəklədiyini bəyan edib
# 19 iyun 2007 09:01 (UTC +04:00)
Polşanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə Polşanın GUAM-la əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlı olduğu və bu niyyətin GUAM tərəfdən də müsbət qarşılandığı qeyd olunub. Polşa tərəfi GUAM-ın fəaliyyətin və onun baza sənədlərində əks olunan demokratik dəyərlər, qanunun aliliyi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq, Azərbaycan, Gürcüstan və Moldovadakı həlli uzanan münaqişələrin sülh yolu ilə nizamlanması kimi prinsipləri dəstəkləyib və münaqişələrin həlli prosesində bu ölkələrin beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünün qorunması prinsipinə sadiqliyinin ifadə edib. Tərəflər GUAM-Polşa əməkdaşlığının perspektivləri, GUAM-ın Asiya və Avropa arasında tranzit dəhlizi kimi xüsusi rolu, enerji, nəqliyyat, turizm və digər sahələrdə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Görüşdə diplomatik personalın treninq sahəsində əməkdaşlığına dair razılıq əldə olunub. Polşa tərəfi GUAM-a üzv ölkələr və Avropa İttifaqı arasında əməkdaşlığın intensivləşdirilməsində dəstəyini əsirgəməyəcəyini ifadə edib. Hər iki tərəf əməkdaşlığın iqtisadi inkişafa, ticarət dövriyyəsinin daha da artırılmasının GUAM-Polşa əlaqələrinin möhkəmləndirməsi yolunda uzun müddətli platforma rolu oynayacağını qeyd ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR