Bank Of Baku

Zəminə Dünyamalıyeva: “Aydın Quliyev İdarə Heyətinin növbəti iclasına da qatılmasa, partiya sədri Nizamnamənin tələblərini yerinə yetirməlidir”

Zəminə Dünyamalıyeva: “Aydın Quliyev İdarə Heyətinin növbəti iclasına da qatılmasa, partiya sədri Nizamnamənin tələblərini yerinə yetirməlidir”
# 19 iyun 2007 10:25 (UTC +04:00)
“Aydın Quliyev Açıq Cəmiyyət Partiyası İdarə Heyətinin üzvü olsa da, bu qurumun iclaslarında iştirak etmir. Partiya Nizamnaməsinə görə, üzrsüz səbəbdən 3 iclasda iştirak etməyən üzvlə bağlı qərar qəbul olunmalıdır. Əgər Aydın Quliyev növbəti iclasa da qatılmasa, partiya sədri Nizamnamənin tələblərini yerinə yetirməlidir”. Bu sözləri APA-ya açıqlamasında ACP sədrinin müşaviri, partiya İdarə Heyətinin üzvü Zəminə Dünyamalıyeva deyib. O bildirib ki, partiyanın qurultayından sonra “Bakı Xəbər” qəzetinin baş redaktoru, Rəsul Quliyevin müşaviri Aydın Quliyev partiyanın heç bir toplantısında iştirak etməyib.
ACP sədrinin müavini Yaqub Abbasov isə A. Quliyevə Ədliyyə Nazirliyinin eksperti kimi çıxış etməməyi məsləhət görüb. ACP-nin ADP-nin bazası əsasında yarandığını söyləyən Y. Abbasov yalnız ADP üzvü olmayan şəxslərdən ərizə alındığını deyib. Onun sözlərinə görə, ADP üzvü olmuş şəxslərdən ərizə alınması vacib deyil: “Amma Aydın Quliyev ADP-dən qovulmuşdu. Buna görə də biz bir neçə dəfə müraciət etdik ki, ərizə yazsın. Ancaq yazmadı”.
A. Quliyev isə bildirib ki, İH-nin iki iclasında iştirak etməməsi ilə bağlı deyilənlər doğru deyil. O, qurultaydan sonrakı müddət ərzində İH-nin yalnız bir iclasının keçirildiyini söyləyib: “Amma bundan sonra keçiriləcək iclaslarda da iştirak etmək fikrim yoxdur”. Partiyadaşlarının səsləndirdikləri digər məsələlərə gəldikdə, A. Quliyev bunlara münasibət bildirmək istəmədiyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR