Bank Of Baku

GUAM dövlət başçılarının növbəti zirvə toplantısı 2008-ci ilin iyun ayında Tiflisdə keçiriləcək

GUAM dövlət başçılarının növbəti zirvə toplantısı 2008-ci ilin iyun ayında Tiflisdə keçiriləcək
# 19 iyun 2007 14:04 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə qərar qurumun Bakı sammitində keçirilən müzakirələrdən sonra qəbul olunub. GUAM-ın Tiflis sammitində quruma sədrlik Azərbaycandan Gürcüstana keçəcək. Qeyd edək ki, GUAM-ın ikinci zirvə toplantısı bu gün bir sıra sənədlərin və Bakı Deklarasiyasının imzalanması ilə başa çatıb. Quruma üzv ölkələrin dövlət başçıları sammitin yekunlarına həsr olunmuş brifinqdə tədbirin çox yüksək səviyyədə keçdiyini, GUAM-ın gələcək fəaliyyəti üçün önəmli qərarların qəbul edildiyini bildiriblər. Zirvə toplantısından bir gün öncə GUAM Xarici İşlər Nazirləri Şurası qurumun rəmzlərini, növbəti il üçün fəaliyyət planının və büdcəsini təsdiqləyib. GUAM sammiti çərçivəsində çoxsaylı toplantılar, ABŞ-GUAM, Yaponiya-GUAM, Polşa-GUAM formatından müzakirələr keçirilib. GUAM-ın Bakı sammitinə iştirakçı dövlətlərin rəhbərlərindən başqa Polşa prezidenti Lex Kaçinski, Rumıniya prezidenti Trayan Basesku, Litva prezidenti Valdas Adamkus, Bolqarıstanın vitse-prezidenti Angel Marin, digər ölkələrin və beynəlxalq təşkilatların rəsmi şəxsləri qatılıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR