Bank Of Baku

Azərbaycan-İran hökumətlərarası komissiyanın iclası keçiriləcək

Azərbaycan-İran hökumətlərarası komissiyanın iclası keçiriləcək
# 22 iyun 2007 15:34 (UTC +04:00)
İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın Azərbaycana rəsmi səfərindən əvvəl Bakıda Azərbaycan-İran iqtisadi-ticarət, humanitar əməkdaşlığa dair hökumətlərarası komissiyasının iclası keçiriləcək. Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov APA-nın İran prezidentinin Bakıya səfəri zamanı imzalanacaq sənədlərlə bağlı sualını cavablandırarkən bildirib. O deyib ki, nazir Elmar Məmmədyarovun Tehrandakı görüşlərində Mahmud Əhmədinejadın səfəri ilə bağlı hərtərəfli müzakirələr aparılıb. Hazırda hər iki ölkənin XİN-i bu istiqamətdə iş aparır. X. Xələfov bildirib ki, müəyyən layihələr artıq hazırlanaraq, İran tərəfinə təqdim olunub, yaxın zamanda komissiyanın iclasını hazırlayan işçi qrupun iclası keçiriləcək. Onun fikrincə, səfərdən öncə komissiyanın iclası baş tutacaq: “Həmin iclasda imzalanacaq sənədlər barəsində qərar qəbul ediləcək”.
Qeyd edək ki, İran prezidentinin Bakıya iyulun sonunda, avqustun əvvəlində gələcəyi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR