Bank Of Baku

Xələf Xələfov: “Azərbaycan Xəzərin təhlükəsizliyi məsələsinin kompleks şəkildə həllinə tərəfdardır”

Xələf Xələfov: “Azərbaycan Xəzərin təhlükəsizliyi məsələsinin kompleks şəkildə həllinə tərəfdardır”
# 22 iyun 2007 15:38 (UTC +04:00)
“Xəzərdə təhlükəsizliyin təmin olunması bütün regionda təhlükəsizliyin təmin olunması baxımından çox böyük faktordur və biz bu məsələyə xüsusi əhəmiyyət veririk”. APA-nın məlumatına görə, bu fikirləri keçirdiyi mətbuat konfransında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov söyləyib. O, Azərbaycanın Xəzərin təhlükəsizliyi məsələsini kompleks şəkildə həll etməyin tərəfdarı olduğunu deyib: “Bu çərçivədə müxtəlif layihələr var. KASFOR layihəsi bu baxışlardan yalnız birisidir. Təbii ki, bunlar hamısı gələcək danışıqların mövzusudur. Çalışacağıq ki, konvensiya layihəsində bu məsələlərin ümumi prinsiplərini işləyib hazırlayaq və sazişlər praktik surətdə Xəzər dənizində regional təhlükəsizliyin təmin olunmasını həyata keçirsin. Azərbaycan Xəzər dənizində sabitliyin, sülhün, əməkdaşlığın inkişafının tərəfdarıdır. Ölkəmiz Xəzər dənizində beynəlxalq əməkdaşlığı yaradan ilk ölkələrdən biridir. Təbii ki, bu əməkdaşlığı, investisiya mühitini qoruyub saxlamaq üçün təhlükəsizlik məsələləri təmin olunmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR