Bank Of Baku

Professor Ənvər Konukçu: “İrəvan şəhərinin türklər tərəfindən salındığını tam sübuta yetirmişik”

Professor Ənvər Konukçu: “İrəvan şəhərinin türklər tərəfindən salındığını tam sübuta yetirmişik”
# 22 iyun 2007 16:08 (UTC +04:00)
Türkiyənin Ərzurum şəhərində türk-erməni münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, konfransda amerikalı alim Justin Makkarti, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl, istefada olan ordu generalları və diplomatlar iştirak ediblər. İştirakçılara İğdırın Obaköy kəndində tapılmış kütləvi məzarlıq da göstərilib. Ərzurum Universiteti tarix kafedrasının müdiri, professor Ənvər Konukçu APA-ya açıqlamasında Türkiyənin böyük dövlət olduğunu və ermənilərin əsassız iddialarını ciddi qəbul etmədiyini bildirib: “Məsələ elmi cəhətdən tamamilə aydındır: Birinci Dünya Müharibəsində iştirak edən Osmanlı İmperiyasını Çar Rusiyası və Qərb dövlətlərinin dəstəyi ilə parçalayıb öz dövlətlərini qurmaq istəyən ermənilər buna müvəffəq ola bilmədilər. İndi bunun intiqamını Türkiyədən almaq istəyirlər. Ermənilərin imperiyanın başqa bölgələrinə köçürülməsi vaxtı ölüm hadisələrinin və kiçik miqyaslı qətllərin yaşandığını heç kim inkar etmir. Ancaq toplu qətl hadisələri qarşılıqlı olub və türklərə aid kütləvi məzarlıqlar bunun əyani sübutudur. Ərzurum Universiteti bu sahədəki araşdırmalarda önəmli mərkəz halına gəlib”. Ə. Konukçu onu da deyib ki, apardıqları araşdırmalar nəticəsində İrəvan şəhərinin türklər tərəfindən salındığı tam sübuta yetirilib və bu barədə əsərlər ictimaiyyətə təqdim ediləcəyik. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR