Bank Of Baku

Hüquq müdafiəçiləri Strasburqa gedib

Hüquq müdafiəçiləri Strasburqa gedib
# 25 iyun 2007 08:09 (UTC +04:00)
Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı və Arzu Abdullayeva bu gün Fransanın Strasburq şəhərinə yola düşüblər. Bu barədə APA-ya Monitorinq Qrupunun mətbuat xidmətindən bildirilib. Səfərdə məqsəd Avropa Şurası Parlament Assambleyasının iyun sessiyası keçirildiyi günlədə Strasburqda Azərbaycanın qurum qarşısında üzərinə götürdüyü öhdəliklər, ölkəmizdə insan haqlarının və söz azadlığının durumu barədə Avropa Şurası təmsilçiləri ilə müzakirələr aparmaqdır. Hüquq müdafiəçilərinin Avropa Şurasının baş katibi Terri Devis, AŞ PA prezidenti Rene van der Linden, “Aqo” Monitorinq Qrupunun üzvləri, İnsan Haqları və Monitorinq komitələrinin təmsilçiləri ilə görüşləri gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR