Bank Of Baku

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə qatılan prezidentlərə qarşı terror aksiyası planlaşdıran qrup yaxalanıb

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə qatılan prezidentlərə qarşı terror aksiyası planlaşdıran qrup yaxalanıb
# 25 iyun 2007 08:46 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, İstanbul polisinin terrorçuluqla mübarizə və kəşfiyyat şöbələri əməkdaşlarının şəhərin müxtəlif yerlərində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Əl-Qaida” terror təşkilatı ilə əlaqəli olduqları bildirilən 5 nəfər həbs edilib. Onlardan biri milliyyətcə çeçendir. İstanbul Əmniyyət Müdirliyi faktla bağlı təhqiqata başlayıb, yaxalanan şəxslər sorğu-sual edilir. Türkiyə mətbuatı terrorçuların əsas hədəfinin Rusiya prezidenti Vladimir Putin olduğunu yazıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR