Bank Of Baku

Zaqrebdə keçirilən enerji sammitində Azərbaycan neftinin Avropaya nəqli də müzakirə olunub

Zaqrebdə keçirilən enerji sammitində Azərbaycan neftinin Avropaya nəqli də müzakirə olunub
# 25 iyun 2007 11:50 (UTC +04:00)
Dünən Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən enerji sammitində Azərbaycan neftinin Avropaya nəqli də müzakirə edilib. APA-nın Şərqi Avropa bürosunun xəbərinə görə, 9 ölkənin (Xorvatiya, Rusiya, Albaniya, Rumıniya, Çernoqoriya, Bosniya və Herseqovina, Bolqarıstan, Makedoniya, Serbiya) dövlət başçısının iştirakı ilə keçirilən zirvə görüşündə əsas müzakirə mövzusu Cənub-Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyi olub. Regional sammitdə Xəzər hövzəsində hasil olunan neftin Mərkəzi və Qərbi Avropaya nəqlini nəzərdə tutan Konstansa-Triyest kəməri layihəsi ətrafında da danışıqlar aparılıb. Uzunluğu 1 300 km olan neft kəməri vasitəsilə Azərbaycan, Türkmənistan və Qazaxıstan neftinin İtaliyaya çatdırılması planlaşdırılır. Rusiya prezidenti Vladimir Putinin təklif etdiyi digər layihəyə əsasən “Drujba” və “Adria” kəmərləri arasında əlaqə yaradılması yolu ilə Rusiya neftinin Aralıq dənizinə çıxış əldə etməsi nəzərdə tutulub. İtaliyanın “ENİ” və Rusiyanın “Qazprom” şirkəti arasında imzalanmış “South Stream” adlı qaz kəməri layihəsinə əsasən isə Qara dənizin dibi ilə Bolqarıstana qədər boru xətti çəkiləcək, buradan kəmər iki qola ayrılaraq biri Rumıniya və Macarıstan vasitəsilə Avstriyaya çıxacaq, digəri isə Yunanıstan üzərindən Otranto boğazının dibi ilə İtaliyaya qədər uzanacaq. Sammitdə iştirak edən Rumıniya prezidenti Trayan Basesku bəyan edib ki, onun ölkəsi heç vaxt enerjidən siyasi təzyiq vasitısi kimi istifadə olunmasını qəbul etməyəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR