Bank Of Baku

Qənirə Paşayevanın Dağlıq Qarabağda qondarma “prezident seçkiləri” ilə əlaqədar Nazirlər Kabinetinə ünvanladığı sual AŞPA üzvlərinə paylanıb

Qənirə Paşayevanın Dağlıq Qarabağda qondarma “prezident seçkiləri” ilə əlaqədar Nazirlər Kabinetinə ünvanladığı sual AŞPA üzvlərinə paylanıb
# 25 iyun 2007 11:59 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası öz işinə siyasi qrupların iclasları ilə başlayıb. APA-nın AŞPA-da akkreditə olunmuş əməkdaşının verdiyi məlumata görə, AŞPA-nın bugünkü plenar iclası gündəliyin təsdiq olunması ilə başlanacaq, daha sonra Avstriyanın federal kansleri Alfred Guzenbauer parlamentarlar qarşısında çıxış edəcək. AŞPA sessiyası çərçivəsində Azərbaycanla bağlı birbaşa müzakirələr nəzərdə tutulmasa da, qurumun komitə və alt komitələrində ölkəmizə dair müəyyən müzakirələrin keçiriləcəyi nəzərdə tutulur. Sessiyada maraq doğuram məsələlər sırasında GUAM ölkələri parlamentarlarının görüşünü və Dağlıq Qarabağ üzrə Alt Komitənin iclasını göstərmək olar. Bundan başqa Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti üzvlərinin sessiyada yazılı sualları və çıxışları gözlənilir. Artıq nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayevanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçiriləcək qondarma “prezident seçkiləri” ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinə ünvanladığı sual dərc olunub və parlamentarlara paylanıb. İyunun 28-də Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Serbiyanın xarici işlər naziri Vuk Jeremiç parlamentarlar qarşısında çıxış edəcək. Qənirə Paşayeva analoji sualı çıxışdan sonra Nazirlər Komitəsinin sədrinə ünvanlayacağı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR