Bank Of Baku

AŞ PA prezidenti Rene van der Linden gələn həftə Cənubi Qafqaz ölkələrinə səfər edəcək

AŞ PA prezidenti Rene van der Linden gələn həftə Cənubi Qafqaz ölkələrinə səfər edəcək
# 27 iyun 2007 10:29 (UTC +04:00)
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun APA-nın Avropa bürosuna verdiyi eksklüziv açıqlamaya görə, Rene van der Lindenin iyulun əvvəlinə planlaşdırılan səfəri Azərbaycan, Gürcüstan və Ermənistana olacaq. Səfərin dəqiq tarixinin və proqramının hələ dəqiqləşmədiyini deyən S. Seyidov bu barədə AŞ PA-nın prezidentinin dünən onunla görüşündə məlumat verdiyini bildirib: “Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndə heyətləri birgə onunla söhbət aparmışıq”. S. Seyidov Rene van der Lindenin mandatının 2008-ci ilin yanvarında bitdiyini, onun bu səfərinin də konkret məqsəd daşımadığını vurğulayıb. Bu, onun mandatının bitməsi ilə əlaqədar AŞ-ya üzv ölkələrə ənənəvi protokol səfəridir./APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR