Bank Of Baku

ADP Qarabağ probleminin həlli ilə bağlı konsepsiya hazırlayır

ADP Qarabağ probleminin həlli ilə bağlı konsepsiya hazırlayır
# 27 iyun 2007 10:59 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) Qarabağ probleminin həlli ilə bağlı konsepsiya hazırlayır. Partiyanın sədri Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, Ali Məclisin sonuncu sessiyasında konsepsiyanın əsas müddəaları qəbul olunub. Hazırda qəbul olunmuş əsas müddəalar üzərində sənəd hazırlandığını deyən S. Cəlaloğlu indiyə kimi irəli sürülən təkliflərdən fərqli çıxış yollarının təklif edildiyini deyib: “Biz qarşılıqlı güzəştlər yox, hər iki tərəfin qələbəsi modelini irəli sürürük. Təklif edirik ki, tərəflər bu münaqişədə maksimum nəsə udaraq çıxsın, yəni hansısa tərəf çox udub, hansısa tərəf az udmasın. Bir sözlə, bu, yeni bir təkliflər paketidir. İndi Dağlıq Qarabağ probleminin həlli ilə bağlı çoxlu sayda təkliflər meydana çıxıb. Biz də bu konsepsiyanı təklif edirik. Düşünmürük ki, bu, bütün təkliflərdən daha yaxşı və dərhal qəbul olunandır. Hər halda, bu, ADP-nin beynəlxalq hüquqa, ədalət prinsipinə, bölgədə əbədi sülhə, qarşılıqlı əməkdaşlığa və təhlükəsizliyə gətirib çıxaracaq bir konsepsiyadır”. S. Cəlaloğlu bildirib ki, sənəd tam hazırlanandan sonra iqtidara təqdim olunacaq və konsepsiyanın əsasında iqtidarla dialoqa başlanılması təklif olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR