Bank Of Baku

Rene van der Linden Azərbaycanda qadınlara zorakılığa qarşı mübarizə proqramının həyata keçirilməsini təqdir edib

Rene van der Linden Azərbaycanda qadınlara zorakılığa qarşı mübarizə proqramının həyata keçirilməsini təqdir edib
# 27 iyun 2007 11:30 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının prezidenti Rene van der Lindenin qurumdakı milli nümayəndə heyətlərinin rəhbərləri ilə keçirilən görüşü zamanı Azərbaycanda qadınlara zorakılığa qarşı mübarizə proqramının həyata keçirilməsi xüsusi vurğulanıb. Bu barədə AŞPA-nın yay sessiyasının işini işıqlandıran APA-nın Avropa bürosunun əməkdaşına Azərbaycanın bu qurumda nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. Onun sözlərinə görə, Rene van der Linden baş qa ölkələrə də Azərbaycanda keçirilən bu proqramı öz dövlətlərində həyata keçirməyi tövsiyə edib: “Bu, öz-özlüyündə çox mühüm hadisədir. Biz bəzən diqqətimizi Avropa Şurasında müəyyən problemlərə yönəldir, Azərbaycanın gördüyü işləri isə yaddan çıxarırıq. Görüşdə Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olması, millətlərarası münasibətlərin sivil dünya standartlarına əsasən qurulması müsbət hadisə kimi qeyd edildi”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR