Bank Of Baku

Prezidentin İcra Aparatının rəhbəri: “Həbsdə olan jurnalistlərin əfv ediləcəyi barədə kim məlumat yayıb bilmirəm, amma mən bu məsuliyyəti üzərimə götürmürəm”

Prezidentin İcra Aparatının rəhbəri: “Həbsdə olan jurnalistlərin əfv ediləcəyi barədə kim məlumat yayıb bilmirəm, amma mən bu məsuliyyəti üzərimə götürmürəm”
# 27 iyun 2007 16:20 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev açıqlama verib. Qeyri-hökumət təşkilatlarının jurnalistlərin həbsi ilə bağlı Avropa Şurasına olan müraciətinə münasibət bildirən R. Mehdiyev bunun qeyri-konstruktiv qüvvələrin təşəbbüsü ilə edildiyini vurğulayıb: “Əgər jurnalistlərin əsaslı iradları varsa, onlar aidiyyəti dövlət qurumlarına müraciət edə bilərlər. Həmin qurumlar da səlahiyyətləri və qanunlar çərçivəsində tədbir görərlər. Mənim müşahidələrimə görə, bu, müəyyən qeyri-konstruktiv qüvvələrin təşəbbüsü ilə olur. Bizim bəzi jurnalistlərin atdıqları addımlarda nə vətənpərvərlik, nə Azərbaycan sevgisi, nə də hər hansı şəxsiyyətin düşünülmüş hərəkətindən söhbət gedə bilməz”.
Azərbaycanda demokratik mətbuat formalaşmasının vacibliyini qeyd edən Ramiz Mehdiyev “çox təəssüf ki, biz hələlik bu mətbuatı formalaşdıra bilməmişik. Bu tək hakimiyyətdən asılı deyil, çünki hakimiyyətlə bağlı olan mətbu orqanlar özlərini kifayət qədər qanunlar çərçivəsində və müasir tələblər səviyyəsində aparırlar” deyə, bildirib. Prezidentin İcra Aparatının rəhbəri bəzi qəzetlərin və radikal müxalifətin mətbu orqanlarının qeyri-konstruktiv və insan mənəviyyatına hörmət gətirən formada materiallar dərc etmədiklərini də vurğulayıb. R. Mehdiyev bu il iyunun 29-da mətbuatın vəziyyəti ilə bağlı keçiriləcək forumda da dövlət rəsmilərinin iştirakının mümkün olduğunu bildirib: “Bu yaxınlarda Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə jurnalistlərin bir qrupu toplaşıb və fikir mübadiləsi aparıb. Hesab edirəm ki, orada gedən söhbət konstruktiv olub”. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR