Bank Of Baku

Asim Mollazadə beynəlxalq qurumların təmsilçiləri ilə görüşüb

Asim Mollazadə beynəlxalq qurumların təmsilçiləri ilə görüşüb
# 27 iyun 2007 12:51 (UTC +04:00)
Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Corc Marşall Təhlükəsizlik Təhsili üzrə Avropa Mərkəzinin Beynəlxalq və Təhlükəsizlik Təhsili Kollecinin tədqiqat direktoru doktor Sabina Kollmer və Kollecin proqram bölməsinin tədqiqatçısı Kai Samulovitzlə görüşüb. DİP-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyət, Azərbaycanın Avroatlantik məkana inteqrasiyası, Xəzər dənizi hövzəsində əməkdaşlıq, Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli yolları və regional təhlükəsizlik məsələləri müzakirə olunub. A. Mollazadə qonaqlara DİP və həyata keçirdiyi proqramlar barədə məlumat verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR