Bank Of Baku

“Müsavat” deputat qrupu “Müxalifətin fəaliyyətinin təminatı” haqqında qanun layihəsi hazırlayıb

“Müsavat” deputat qrupu “Müxalifətin fəaliyyətinin təminatı” haqqında qanun layihəsi hazırlayıb
# 27 iyun 2007 13:02 (UTC +04:00)
“Müsavat” deputat qrupu “Müxalifətin fəaliyyətinin təminatı” haqqında qanun layihəsi hazırlayıb. Bu barədə APA-ya deputat qrupunun rəhbəri Pənah Hüseyn məlumat verib. Onun sözlərinə görə, layihə yaxın günlərdə Milli Məclis rəhbərliyinə təqdim olunacaq. Layihədə müxalifətə parlamentdə fəaliyyətinə görə dövlət tərəfindən yaradılmalı olan şərait barədə müddəalar öz əksini tapıb. Parlamentdənkənar müxalifətin fəaliyyətinin partiyalar tərəfindən yerinə yetirildiyini deyən P. Hüseyn bu fəaliyyətin “Siyasi partiyalar haqqında” qanunla tənzimləndiyini bildirib. Sənəddə müxalifətin fəaliyyətinin tənzimlənməsi, müəyyən sayda müxalifətçi deputatın olacağı halda parlament sədrinin müavinlərinin birinin, komissiya sədrlərindən bir neçəsinin müxalifətdən olması nəzərdə tutulub. P. Hüseyn parlamentin payız sessiyasında bu layihənin müzakirəsinə çalışacaqlarını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR