Bank Of Baku

Əhməd Oruc: “Bir neçə partiya rəhbəri Demokratiya Uğrunda İttifaqı parçalamağa cəhd edir”

Əhməd Oruc: “Bir neçə partiya rəhbəri Demokratiya Uğrunda İttifaqı parçalamağa cəhd edir”
# 27 iyun 2007 15:09 (UTC +04:00)
“Özünü müxalifətin lideri və milli qüvvələrin başçısı kimi xalqa sırıyan bir neçə partiya rəhbəri Demokratiya Uğrunda İttifaqı parçalamağa cəhd edir”. Azadlıq Partiyasının sədri Əhməd Oruc APA-ya açıqlamasında bildirib ki, Demokratiya Uğrunda İttifaqa (DUİ) qarşı təzyiqlərə səbəb qurumu təsis edən partiyaların milli mövqedən çıxış etməsidir. O, adını çəkmək istəmədiyi partiyaların DUİ-nın genişlənməsindən narahat olduqlarını deyib: “Özünü lider hesab edən partiyalar hesab edirlər ki, ittifaqın fəaliyyətinin genişlənməsi onların əleyhinədir və bu qurum dağılmalıdır. Bunun üçün bizə yaxın olan partiyalarla gizli danışıqlar da aparırlar. Onları öz tərəflərinə çəkmək istəyirlər. Həmin partiya sədrlərinin bir məqsədi var, o da prezident seçkisində tərəfdarlarının sayını artırmaqdır. Lakin bu partiya sədrləri istədiklərinə nail olmayacaqlar”. Ə. Oruc onlara qarşı yönələn təzyiqlərə adekvat tədbirlər görüləcəyini də söyləyib: “Əgər bizə qarşı gizli sövdələşmələr davam etdiriləcəksə, həmin partiya sədrlərinin adlarını açıqlayacağam”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR