Bank Of Baku

Sabah GUAM üzv ölkələrin AŞ PA-dakı nümayəndə heyətləri görüşəcəklər

Sabah GUAM üzv ölkələrin AŞ PA-dakı nümayəndə heyətləri görüşəcəklər
# 27 iyun 2007 15:43 (UTC +04:00)
Sabah Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyində GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) üzv ölkələrin parlamentarilari və daimi nümayəndələrinin görüşü keçiriləcək. Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri Arif Məmmədovun APA-nın Avropa bürosuna verdiyi məlumata görə, görüş qeyri-formal xarakter daşıyacaq.
Görüş çərçivəsində GUAM-a sədrlik edən Azərbaycan qurumun 10 illiyi ilə bağlı ziyafət də təşkil olunacaq. A. Məmmədov bu tədbirin Azərbaycanın AŞPA-dakı parlamentariləri ilə birgə hazırladıqlarını da vurğulayıb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR