İlqar Qasımov Ukrayna Sosialist Tərəqqi Partiyasının qurultayında iştirak edib
09 iyul 2007 11:45 (UTC +04:00)
Azərbaycan Yolu Siyasi Hərəkatının (AYSH) sədri İlqar Qasımov Ukrayna Sosialist Tərəqqi Partiyasının (SRP) XIX qurultayında iştirak edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, AYSH sədri qurultaya SRP sədri Natalya Vitrenkonun rəsmi dəvəti ilə qatılıb. Qurultayda çıxış edən İ. Qasımov GUAM çərçivəsində siyasi təşkilatların birgə əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini və bu fəaliyyətin ümumi problemlərin həllinə yardım edəcəyini deyib. GUAM-a üzv dövlətlərin ərazilərində münaqişələrin olduğunu bildirən AYSH sədri həmrəylik nümayiş etdirmək üçün eyni gündə, saatda Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovada sentyabrın 22-də həmrəylik mitinqinin keçirilməsini təklif edib. Təklif qurultayda iştirak edən quruma üzv ölkələrin digər siyasi partiyaların sədrləri tərəfindən yekdilliklə qəbul edilib. /APA/
Daxili siyasət
Hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək
15:32
7 sentyabr 2024
Naxçıvan Ali Məclisinə seçkilərə start verilib
08:03
1 sentyabr 2024
Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan İmaməddin Xəlilovu təbrik edib
09:41
31 avqust 2024
Dövlət Komissiyası: Bu günədək 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb
11:32
30 avqust 2024