Bank Of Baku

Türkiyənin STV kanalının Azərbaycanda yayımı sentyabrın 17-də dayandırılacaq

Türkiyənin STV kanalının Azərbaycanda yayımı sentyabrın 17-də dayandırılacaq
# 09 iyul 2007 14:10 (UTC +04:00)
Bu barədə qərar Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün keçirilən iclasında qəbul edilib. MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, müsabiqə iki ay müddətində yekunlaşacaq və həmin vaxtdan, yəni sentyabrın 17-dən STV-nin Azərbaycanda yayımı tam dayandırılacaq.
N. Məhərrəmlinin sözlərinə görə, müsabiqə müddəti başa çatana qədər kanalın Azərbaycanda yayımı davam etdiriləcək: “Bu qərar verilərkən “Samanyolu” telekanalının Azərbaycandakı kollektivinin maraqları nəzərə alınıb. Bunu ona görə etmişik ki, onlar bu müddətdə özlərinə iş tapa bilsinlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR