“Yeni Fikir” Gənclər Hərəkatı Azərbaycan Gənclər Platformasından çıxıb
09 iyul 2007 14:30 (UTC +04:00)
“Yeni Fikir” Gənclər Hərəkatı Azərbaycan Gənclər Platformasından çıxıb. Bu barədə APA-ya hərəkatın sədr əvəzi Elnur Məmmədov məlumat verib. Onun sözlərinə görə, platforma yaradılarkən qarşıya bir sıra məqsədlər qoyulsa da, sonradan həmin istiqamətdə fəaliyyət göstərməyib. Birlik üzvləri arasında ciddi fikir ayrılıqlarının mövcud olduğunu bildirən E. Məmmədov buna görə də birgə fəaliyyət göstərməyin mümkün olmadığını və hərəkat rəhbərliyinin sonuncu toplantısında platformadan çıxmaqla bağlı qərar qəbul olunduğunu qeyd edib. O, qurumdakı fikir ayrılıqları barədə danışmaq istəmədiyini bildirib.
Azərbaycan Gənclər Plaftormasının koordinatoru Orxan Qafarlı isə hərəkatın qurumdan istefa verməsi ilə bağlı qərarından xəbərsiz olduğunu deyib: “Amma onlarla bizim aramızda hər hansı bir ciddi fikir ayrılıqları yox idi. Əslində “Yeni Fikir”in rəhbərliyi platformanın son iclaslarında da iştirak etmirdi”. /APA/

Daxili siyasət
Azərbaycan XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
10:30
15 sentyabr 2024
Bakının işğaldan azad edilməsindən 106 il ötür
07:00
15 sentyabr 2024
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib
18:41
11 sentyabr 2024
Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib
16:10
11 sentyabr 2024