Bank Of Baku

Allahşükür Paşazadə Rene van der Lindenlə görüşüb

Allahşükür Paşazadə Rene van der Lindenlə görüşüb
# 09 iyul 2007 15:08 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdə Azərbaycanda fəaliyyət göstərən katolik, pravoslav və dağ yəhudiləri icmalarının nümayəndələri də iştirak ediblər. Qonağı salamlayan A. Paşazadə Azərbaycanın gənc dövlət olduğunu, ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu vurğulayıb: “Bu həqiqətin beynəlxalq səviyyədə qəbul olunması üçün bütün dünyada dostlarımızın köməyinə ehtiyacımız var”. Rene van der Lindenin həmişə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini deyən Şeyx buna görə ona təşəkkürünü bildirib. Onun sözlərinə görə, Azərbaycanda dövlətlə din arasında və tolerantlıq sahəsində heç bir problem yoxdur: “Bütün dini konfessiyaların fəaliyyətinə bərabər şərait yaradılıb. Hətta məscid, kilsə və sinaqoqların tikintisini birgə məsləhətləşirik”. Rene van der Lindeni gələn il Azərbaycana ailəsi ilə birgə dəvət edən A. Paşazadə ona ingilis dilində Qurani-Kərim və xalça bağışlayıb. Öz növbəsində dəvəti qəbul etdiyini deyən Rene van der Linden Azərbaycanda dini tolerantlığın mövcudluğundan məmnunluğunu bildirib. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR