Bank Of Baku

Artur Rasizadə Rene van der Lindeni qəbul edib

Artur Rasizadə Rene van der Lindeni qəbul edib
# 09 iyul 2007 15:26 (UTC +04:00)
Bu gün baş nazir Artur Rasizadə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Rene van der Lindeni qəbul edib. Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib.
Görüşdə Azərbaycanın Avropa məkanına inteqrasiyası məsələləri müzakirə olunub. A.Rasizadə Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi, ölkədə aparılan siyasi, iqtisadi və sosial islahatlarla bağlı AŞ PA sədrini məlumatlandırıb. Baş nazir həmçinin Rene van der Lindeni İrəvanda keçirdiyi mətbuat konfransında qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən seçkilərin AŞ PA tərəfindən tanınmayacağı barədə bəyanatını yüksək qiymətləndirdiyini vurğulayıb. A. Rasizadə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın atdığı addımlar barədə də qonağa məlumat verib. Baş nazir bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdar olsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə münaqişə həllini tapmayıb. Buna baxmayaraq, Azərbaycan ərazilərinin boşaldılmasında israrlıdır. Rene van der Linden isə Azərbaycanda həyata keçirilən layihələrin müsbət nəticələr verdiyini qeyd edib. Avropaya inteqrasiya istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR