Bank Of Baku

“Sosintern”in baş katibi Luis Ayala Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib

“Sosintern”in baş katibi Luis Ayala Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib
# 09 iyul 2007 15:28 (UTC +04:00)
“Sosialist İnternasionalı”nın baş katibi Luis Ayala Azərbaycana səfərindən sonra Ermənistana və Dağlıq Qarabağa səfər edib. APA-nın məlumatına görə, Dağlıq Qarabağda olan L. Ayala “qondarma respublikanın prezidenti” Arkadi Qukasyanla görüş keçirib. Görüş zamanı Qarabağ konfliktinin həllində sülh və ədalətli həlli barədə fikir mübadiləsi aparılıb. Görüşdə Ermənistan Daşnaksütyün Partiyasının üzvü, “Sosintern”dəki daimi nümayəndəsi Kiro Manoyan da iştirak edib. L. Ayalanı Azərbaycana dəvət etmiş Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə APA-ya açıqlamasında onun regiona səfərinin məhz bu şəkildə nəzərdə tutulduğunu deyib. A. Əlizadənin sözlərinə görə, “Sosintern”in Cenevrədə 29-30 iyunda keçirilən toplantısında Dağlıq Qarabağ məsələsi müzakirə edilib. A. Əlizadə həmin iclasda Daşnaksütyun Partiyasının liderinin və özünün problemlə bağlı çıxış etdiyini, toplantıda “Sosintern”in problemin həllində yaxından iştiraka çalışması ilə bağlı qərar qəbul olunduğunu qeyd edib: “Luis Ayala Qarabağ problemi ilə tanış olsa da, bu bölgədə olmayıb. Buna görə də bölgəyə səfərinin məqsədi region ilə tanış olmaq idi. Mən Cenevrədəki çıxışımda bildirdim ki, hazırda Qarabağda əhalinin üçdə biri qalmayıb. Erməni nümayəndəsi isə əksini bildirdi ki, əhalinin sayı artıb. Luis Ayala vəziyyətlə yerindəcə tanış olmaq istəyirdi və səfərdə də məqsədi bu idi”. A. Əlizadə sentyabrında “Sosintern”in təşkilatçılığı ilə Dağlıq Qarabağ probleminə həsr olunmuş konfransın keçirilməsinin nəzərdə tutulduğunu deyib: “Həmin konfransın bir günü İrəvanda, bir günü də Bakıda olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR