Bank Of Baku

Qarabağ Forumunda irəli sürülmüş təkliflərlə bağlı prezidentə müraciət olunub

Qarabağ Forumunda irəli sürülmüş təkliflərlə bağlı prezidentə müraciət olunub
# 09 iyul 2007 15:30 (UTC +04:00)
Demokratiya Uğrunda İttifaqın (DUİ) təşkilatçılığı ilə iyulun 2-də keçirilən Qarabağ Forumunda irəli sürülmüş təkliflər əsasında hazırlanmış müraciət ölkə prezidentinə göndərilib. DUİ-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qurumun bu gün keçirilən iclasında Qarabağla bağlı forumların davam etdirilməsi qərara alınıb və növbəti forum avqustun 7-nə təyin olunub. İclasda həmçinin ötən iclaslarda qəbul olunmuş qərarların icra vəziyyətinə baxılıb, ictimai-siyasi durum, qarşıda duran vəzifələr müzakirə edilib, mətbuatda DUİ əleyhinə aparılan təbliğatla bağlı bəyanat qəbul olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR