Bank Of Baku

Rusiya səfirliyi: “Rəsmi Moskva Rusiya kanallarının yayımının davam etdirilməsi üçün bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərib”

Rusiya səfirliyi: “Rəsmi Moskva Rusiya kanallarının yayımının davam etdirilməsi üçün bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərib”
# 09 iyul 2007 15:48 (UTC +04:00)
Rusiya Xarici İşlər Nazirliyi ORT və RTR kanallarının ölkəmizdə yayımının davam etdirilməsi ilə bağlı müqavilənin müddətinin uzadılması barədə bir müddət əvvəl Azərbaycanın Rusiyadakı səfirliyi vasitəsilə Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərib. Rusiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, həmin notada təklif olunub ki, Rusiya televiziya kanallarının Azərbaycanda, Azərbaycan telekanalının isə Rusiyada yayımlamasına dair razılaşma əldə olunana kimi bu ilin yanvar ayında yayım müddətinin bitməsi ilə bağlı Rusiyaya edilən xəbərdarlıq sazişinin müddəti uzadılsın.
Milli Televiziya və Radio Şurasının üzvü, Rusiya kanallarından birinin Azərbaycanda, Az.TV-nin isə Rusiyada yayımlanması ilə bağlı danışıqlar aparmaq məqsədilə yaradılan İşçi Qrupun üzvü Qafar Cəbiyev isə APA-ya bildirib ki, MTRŞ-də bu barədə məlumat yoxdur: “Ümumiyyətlə, bu məsələ müzakirə predmeti olmayıb. İki ölkə arasında Rusiya kanallarından birinin Azərbaycanda, Az.TV-nin isə Rusiyada paritet əsaslarla yayımı müzakirə edilib”.
Qeyd edək ki, MTRŞ-nin bu gün qəbul etdiyi qərara əsasən, ORT-nin Azərbaycanda yayımı iyulun 11-dən etibarən dayandırılacaq. Rusiyanın “RTR-Planeta” kanalının Azərbaycanda yayımını bir ay ərzində davam etdirməsi barədə qərar verilsə də, qeyd olunub ki, 1 ay ərzində Rusiya tərəfi Azərbaycan televiziyasının Rusiya ərazisində yayımını təşkil etməsə, bu kanalın da yayımının dayandırılması barədə məsələyə baxılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR