Bank Of Baku

AŞPA prezidenti Rene van der Linden Milli Məclisin üzvləri ilə görüşüb

AŞPA prezidenti Rene van der Linden Milli Məclisin üzvləri ilə görüşüb
# 09 iyul 2007 16:12 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Rene van der Linden Milli Məclisin qurumdakı nümayəndə heyətinin və beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvləri ilə görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri və komissiyanın sədri Səməd Seyidov rəsmi Bakının Avropa Şurası ilə əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. O, AŞPA sədrinin Cənubi Qafqaz regionuna səfərini və bu səfər çərçivəsində Azərbaycana gəlişini yüksək qiymətləndirərək bundan sonra əlaqələrin inkişafında yeni mərhələ açılacağına ümidvar olduğunu vurğulayıb. S. Seyidov AŞPA sədrinin Bakıya ilk səfəri zamanı müzakirə olunan problemlərin demək olar hamısının öz həllini tapdığını deyib.
Rene van der Linden AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin fəaliyyətindən razılığını bildirərək səfərinin məqsədi haqqında danışıb. Qonaq bildirib ki, səfərində əsas məqsəd Azərbaycanda həyata keçirilən islahatlar, əldə olunan uğurlu nəticələrlə yaxından tanış olmaq və bəzi məsələləri müzakirə etməkdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR