Bank Of Baku

Rene van der Linden parlamentdə təmsil olunan siyasi partiyaların üzvləri ilə görüşüb

Rene van der Linden parlamentdə təmsil olunan siyasi partiyaların üzvləri ilə görüşüb
# 09 iyul 2007 16:18 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Rene van der Linden Milli Məclisdə təmsil olunan siyasi partiyaların üzvləri ilə görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Rene van dir Linden AŞPA Monitorinq Komitəsinin Azərbaycanla bağlı hazırladığı hesabatlar və verilən tövsiyələr barədə danışıb, azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində Azərbaycanda irəliləyişə nail olunduğunu qeyd edib. Beynəlxalq aləmdə ölkənin demokratik imicinin möhkəmlənməsi üçün ölkədə 2008-ci ildə keçiriləcək prezident seçkilərinin mühüm əhəmiyyət daşıyacağını bildirən AŞPA prezidenti təmsil etdiyi qurumun bu və digər sahələrdə Azərbaycanla əməkdaşlıq, tərəfdaşlıq etməyə hazır olduğunu nəzərə çatdırıb. Görüşdə Milli Məclisin deputatı, YAP-ın sədr müavini və partiyanın icra katibi Əli Əhmədov Rene van der Lindenin diqqətini işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyinə yönəldərək Avropa Şurasının tələblərini yerinə yetirməyən Ermənistana və qondarma Dağlıq Qarabağ rəhbərliyinə qarşı qəti tədbirlərin həyata keçirilməsi vacibliyini xatırladıb. Görüş zamanı parlamentdə təmsil olunan digər siyasi partiyaların üzvləri də öz rəy və təkliflərini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR