Bank Of Baku

Mahmud Məmməd-Quliyev AŞPA prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Mahmud Məmməd-Quliyev AŞPA prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
# 09 iyul 2007 17:06 (UTC +04:00)
Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Avropa Şurası Parlament Assambleyasının Prezidenti Rene van der Lindenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən məlumat verilib. Görüş zamanı tərəflər Azərbaycanla Avropa Şurası arasında əlaqələrin daha da genişləndirilməsi, regiondakı münaqişələrin həll edilməsinə yönəlmiş səylər, ölkəmizdə gedən demokratikləşmə və ölkənin ümumi inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. AŞPA prezidenti Rene van der Linden Ermənistan və Gürcüstana etdiyi səfərlərin nəticələri haqqında nazir müavini M.Məmməd-Quliyevə məlumat verib. Azərbaycanda davam edən demokratikləşmə prosesi, sürətli iqtisadi inkişafdan söz açan Rene van der Linden Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın mövcud səviyyəsindən məmnun qaldığını qeyd edib və təmsil etdiyi təşkilatın bu əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. ErmənistanAzərbaycan münaqişəsinə toxunan AŞPA prezidenti Rene van der Linden AŞPA-nın 1416 saylı qətnaməsinə istinad edərək münaqişənin tezliklə həll edilməsinin vacibliyini qeyd edib. Bu yaxınlarda “Aqo” qrupunun Azərbaycana səfərini xatırladan M. Məmməd-Quliyev Azərbaycanla Avropa Şurası arasında münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb. O, Avropa və Avroatlantik strukturlara inteqrasiyanın ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən olduğunu diqqətə çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR