Bank Of Baku

AŞPA prezidenti Bakıda keçirdiyi görüşlərdə həbsdə olan 7 jurnalistin azadlığa buraxılmasını xahiş edib

AŞPA prezidenti Bakıda keçirdiyi görüşlərdə həbsdə olan 7 jurnalistin azadlığa buraxılmasını xahiş edib
# 09 iyul 2007 17:06 (UTC +04:00)
APA-nın məlumatına görə, Rene van der Linden bildirib ki, 7 gün ərzində Cənubi Qafqaz ölkələrində səfərdə olub: “Mənim səfərim Avropa Şurasının bu regiona önəm verməsinin bariz sübutudur”. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu deyən Rene van der Linden AŞPA-nın tərəfləri nəyəsə məcbur etmək iqtidarında olmadığını söyləyib: “Münaqişənin digər həlli yolları ilə bağlı səslənən fikirlərdən narahatam. Tərəfləri münaqişəni dinc yolla həll etməyə çağırıram. AŞPA-nın mövqeyi belədir ki, işğal olunmuş torpaqlar dərhal azad olunmalıdır. Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün beynəlxalq ictimaiyyət təzyiqləri, iki ölkə prezidenti isə səylərini artırmalıdır”. Azərbaycanın iqtisadi inkişafına heyran olduğunu vurğulayan AŞPA prezidenti Avropa Şurasına üzv ölkənin qurumun dəyərlərinə riayət etməsinin vacibliyini qeyd edib: “Bu sahədə irəliləyişlər olsa da, problemlər də var. Gələn il keçiriləcək prezident seçkiləri Azərbaycan üçün bir sınaq olacaq. Hazırda Azərbaycan hökuməti ilə Venesiya Komissiyası arasında müvafiq tövsiyələrlə bağlı məsləhətləşmələr aparılır. Bu, yaxşı haldır. Məhkəmə sistemində islahatlara və media azadlığının təmin olunmasına ehtiyac var. Müxalifətin də media azadlığından istifadə etmək hüququ təmin olunmalıdır. Seçkilər zamanı medianın obyektiv mövqe tutacağına ümid edirəm”. Avropa Şurasına üzv olan ölkədə siyasi məhbus probleminin olmamasının zəruriliyini vurğulayan Rene van der Linden qeyd edib ki, Bakıda keçirdiyi görüşlərdə həbsdə olan 7 jurnalistin azadlığa buraxılmasını xahiş edib. O, daha sonra jurnalistlərin suallarını cavablandıraraq, Ermənistanın inkişafdan geri qaldığını, iki ölkə ilə sərhədinin bağlı olduğunu bildirib: “Keçmiş gələcəyin qarşısını almamalıdır. Münaqişənin həllində hər iki tərəf, xüsusilə də Ermənistan maraqlıdır. Bu baxımdan Azərbaycan və Ermənistan ziyalılarının qarşılıqlı səfərlərini alqışlayıram”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR