Bank Of Baku

ABŞ dövlət katibinin müavini Stefan Mill: “Qəbələ RLS bizim Şərqi Avropadakı planlarımıza alternativ deyil”

ABŞ dövlət katibinin müavini Stefan Mill: “Qəbələ RLS bizim Şərqi Avropadakı planlarımıza alternativ deyil”
# 10 iyul 2007 08:55 (UTC +04:00)
ABŞ Dövlət Departamentində keçirilən mətbuat konfransını giriş sözü ilə Stefan Mill açıb. O bildirib ki, 2007-ci ildə baş tutan sayca 10-cu ABŞ-Azərbaycan hərbi-siyasi məsləhətləşmələri keyfiyyətcə yeni mərhələyə qalxıb. Səfir bu gün keçirilən dinləmələrdə Azərbaycan-NATO əməkdaşlığı, milli orduda müasir dünyanın tələblərinə cavab verən islahatların aparılması və Azərbaycanın beynəlxalq təhlükəsizlik sisteminə verdiyi töhfə müzakirə olunub. Cənab Mill İraq və Əfqanıstanda dəstəyə görə rəsmi Bakıya öz minnətdarlığını da bildirib. Səfir həmçinin məsləhətləşmələrdə raket hücumundan müdafiə planları çərçivəsində Qəbələ radiolokasiya stansiyasından istifadə məsələsinin müzakirə olunduğunu bildirib: “Biz hesab etmirik ki, Qəbələ radiolokasiya stansiyası Polşa və Çexiyada müttəfiqlərimizlə birgə həyata keçirmək istədiyimiz planlarımıza bir alternativdir. İnanırıq ki, raket hücumundan müdafiə sisteminin Avropada quraşdırılması regionda maraqlarımızı qorumaq üçün önəmlidir. Bu qərarı həm sözü gedən iki ölkə, həm də NATO-ya üzv ölkələr dəstəkləyib. İnanmırıq ki, Qəbələ radiolokasiya stansiyasından istifadə təklifi bu planların dəyişməsinə səbəb olacaq. Niyyətimiz raket hücumundan müdafiə sisteminin qurulmasını sona kimi reallaşdırmaqdır”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR